...

Tovuzda iki minik avtomobili toqquşub

Hadisə Materials 9 Mart 2021 08:46 (UTC +04:00)
Tovuzda iki minik avtomobili toqquşub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Tovuz rayonunda “Mercedes” və “Toyota” markalı iki minik avtomobili toqquşub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Toyota" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti