...

Xaçmazda iki avtomobil toqquşub - Xəsarət alanlar var

Hadisə Materials 25 Mart 2021 16:55 (UTC +04:00)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunun Sabiroba kəndində “Mitsubishi” və “ВАЗ” markalı iki minik avtomobili toqquşub.

FHN-dən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti