...

Yaponiyanın Fukusima-1 AES-ində radioaktiv sızıntı qeydə alınıb

Hadisə Materials 26 Mart 2021 08:55 (UTC +04:00)
Yaponiyanın Fukusima-1 AES-ində radioaktiv sızıntı qeydə alınıb

Bakı. Trend:

Yapon mütəxəssisləri Fukusima-1 atom elektrik stansiyasında radioaktiv tullantıların saxlanıldığı yerdə radiasiya yayan gel kütlə aşkar ediblər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, aşkar edilən radiasiyanın intensivliyi saatda təxminən 13 millizivertdir. Səbəb olaraq yanvar-mart ayları arasında orda qalan konteynerlərdən birinin korroziyası göstərilir. Stansiyasının ərazisindəki ölçmə nöqtələrində radiasiya səviyyəsinin daha çox artması əlamətləri aşkarlanmayıb.

Fukusima-1 AES-i 2011-ci ilin mart ayında baş verən zəlzələ nəticəsində ortaya gələn sunami səbəbindən sıradan çıxıb, üç reaktorda nüvə yanacağı əriyib və hidrogen partlayışları radiasiyanı atmosferə yayıb. Ətraf ərazilərdən təxminən 165 min insan təxiyə edilib.

Hazırda ərazinin böyük hissəsi təmizlənib, əhalinin əksəriyyəti qayıdıb. AES-də radioaktiv çirklənmənin ləğvetmə işləri davam etdirilir, stansiyanın tamamilə sökülməsi üçün ən azı 40 il vaxt gərəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti