Bakı. Orxan Nəbiyev - Trend:
Türkiyədə İstanbulun Başakşehir rayonunda atışma baş verib.
Trend-in Türkiyə KİV-ə istinadən məlumatına görə, hadisə nəticəsində 3 nəfər həlak olub, daha bir nəfər yaralanıb.
Həlak olanlardan biri və yaralanan şəxs azərbaycanlı olub. Atışma kriminal aləmin nümayəndələri arasında qeydə alınıb.
Hadisədən sonra yerli polis 3 Rusiya vətəndaşını saxlayıb, iki nəfərin axtarışları davam edir.