...

Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb

Hadisə Materials 13 May 2021 13:44 (UTC +04:00)
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb

Bakı. Trend:

Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qıraqlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, 3 nəfər barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti