...

Çay plantasiyasından oğurluq edənlər saxlanılıb

Hadisə Materials 1 İyun 2021 10:10 (UTC +04:00)
Çay plantasiyasından oğurluq edənlər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Masallıda çay plantasiyasından oğurluq edənlər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Masallı rayonunun Kolatan kəndi ərazisində yerləşən çay plantasiyasının anbarından ümumi dəyəri 1115 manat olan 1 ədəd ot biçən aparatın, 2 ədəd traktor akkumulyatorunun, 1 ədəd odun kəsən mişarın və digər əşyaların oğurlanması ilə bağlı Masallı RPŞ-yə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Lənkəran rayon sakinləri R.Seyfullazadə, E.Eyvazzadə və bir nəfər yeniyetmənin olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti