...

Gəncədə sevgilisini öldürüb meyitini zibilləyə atan tələbənin istintaqı başa çatıb

Hadisə Materials 3 İyul 2021 10:24 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Gəncədə sevgilini qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Trend-in məlumatına görə, təqsirləndirilən şəxs Sərdar Cəfərovun cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il Gəncə şəhərində qeydə alınıb.

Şəhər ərazisindəki zibillikdən aşkarlanan qadın meyti ilə bağlı araşdırmalar zamanı məlum olub ki, meyiti tapılan şəxsin bir müddət əvvəl itkin düşən şəhər sakini, 2002-ci il təvəllüdlü Pərvin Musayeva olması müəyyən edilib. Onun qətlə yetirildiyi məlum olub.19 yaşlı qızı sevgilisi Sərdar Cəfərov boğaraq öldürüb. Mərhumun meyitini 1 ay zibilkdə gizlədib. Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2001-ci il təvəllüdlü Sərdar Cəfərov saxlanılıb.

Hadisəni törədən şəxs qızın sevgilisi olub.Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir

Məlumata görə, Pərvinlə Sərdar tələbə olublar. Hər iki tələbə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb.Sərdar Cəfərov Mühdəndislik fakültəsinin Elektroenergetika mühəndisliyi ixtisası, Pərvin Musayeva isə Aqronomluq fakültəsinin Subioehtiyatları və Akvabitkilər ixtisası üzrə ikinci kurs tələbələri olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti