...

Xaçmazda evdə yanğın olub

Hadisə Materials 4 İyul 2021 11:36 (UTC +04:00)

Bakı. Trend:

Xaçmaz rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Hülövlü kəndində ümumi sahəsi 260 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində 3 otağının, aynabəndinin yanar konstruksiyaları 130 m² sahədə, 2-ci mərtəbəsində 1 otağının, aynabəndinin yanar konstruksiyaları 70 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti