...

Bakı metrosunda həyəcan: Oğlan qatar yoluna yıxılıb

Hadisə Materials 15 İyul 2021 19:37 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı metrosunda gənc oğlan müvazinətini itirərək qatar yoluna düşüb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, hadisə bu gün saat 19:06 radələrində Ulduz stansiyasında baş verib.

Həmin vaxt xətt üzrə "Dərnəgül"-"Həzi Aslanov" istiqamətində hərəkət edən qatar stansiyaya daxil olub. Dərhal qatar dayandırılıb və sərnişin - 22 yaşlı Şahlar Həsənov qatar yolundan çıxarılaraq təcili tibbi yardım stansiyasına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti