Bakı. Elçin Mehdiyev – Trend:
Ötən il ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4 233 nəfər cəlb edilib.
Trend-in məlumatına görə, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının 2020-ci il üzrə hesabatında deyilir.
Qeyd olunur ki, onlardan 16-18 yaşadək 5 nəfər, 18-25 yaşadək 321 nəfər, 26-29 yaşadək 738 nəfər, 30 yaş və ondan yuxarı isə 3169 nəfər təşkil edir.
Həmin şəxslərdən 4150-si kişi, 83-ü qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 75 nəfəri xarici ölkə vətəndaşlarıdır.