Bakı. Trend:
Panamanın cənubunda güclü zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Panama universitetinin Geologiya institutundan bildirilib.
6,4 maqnitudada zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib. Təkanlar bir sıra vilayətlərdə hiss olunub.
İtki və dağıntılar barədə məlumat verilməyib.