...

Bakıda 3 avtomobil yanıb

Hadisə Materials 9 Avqust 2021 08:34 (UTC +04:00)
Bakıda 3 avtomobil yanıb

Bakı. Trend:

Bakı şəhərinin Binəqədi rayonunda “Ford” markalı (qəzalı) yük avtomobilinin yanar hissələri yanıb, yüksək temperaturdan “Mercedes” markalı yük avtomobilinin 1 qapısı, üstündə olan soyuducusu qismən və “Jeep” markalı minik avtobilinin 1 ədəd arxa fənəri və buferi əriyib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti