...

İrandan gətirilən qadağan edilmiş dərman vasitələri müsadirə olunub

Hadisə Materials 12 Avqust 2021 12:05 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından tranzit keçməklə gələn "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, gömrük baxışı zamanı avtomobilin salonunda müxtəlif adda olan 780 həb aşkar edilib.

Aşkar edilən dərman vasitələrindən "Alprazolam 1 mg" və "Phenobarbital 100" adlı dərmanlar "Azərbaycan Respublikasında dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı" na daxildir.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti