...

Tovuzda dağlıq ərazidəki yanğın söndürülüb

Hadisə Materials 12 Avqust 2021 17:26 (UTC +04:00)
Tovuzda dağlıq ərazidəki yanğın söndürülüb

Bakı. Trend:

Tovuz rayonu, Yanıqlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 4 ha sahədə qaratikan kolları və quru ot yanıb.

Yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti