...

Sabirabad sakinindən "patı", heroin və tiryək aşkarlanıb (FOTO)

Hadisə Materials 16 Avqust 2021 14:24 (UTC +04:00)
Sabirabad sakinindən "patı", heroin və tiryək aşkarlanıb (FOTO)

Bakı. Trend:

Sabirabad sakinindən "patı", heroin və tiryək aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Şıxlar kənd sakini Mürvət Rzayev saxlanılıb.

Onun yaşadığı evə keçirilən baxış zamanı oradan "patı" adlanan narkotik maddə olan metamfetamin, tiryək və heroin, bir ədəd elektron tərəzi, həyətyanı sahədən isə bir ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti