...

Ağstafada qohumunu qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi

Hadisə Materials 26 Avqust 2021 17:58 (UTC +04:00)
Ağstafada qohumunu qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi

Bakı. Samir Əli - Trend:

Ağstafa rayonunda qohumunu qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Ağstafa Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, mayın 15-də saat 23 radələrində Ağstafa rayonu Köçəsgər kənd sakini Ələkbərova Çiçək Əli qızına məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İstintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin qohumu 1987-ci il təvəllüdlü Məmmədov Tural Bayram oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Çiçək Ələkbərovanı qəsdən öldürüb.

Tural Məmmədov Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə), 181.2.3 (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə), 181.3.3 (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) və 29, 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədilməsinə cəhd) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Twitter: @GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti