...

Meksikada avtobusla yük maşınının toqquşması nəticəsində 16 nəfər ölüb

Hadisə Materials 3 Sentyabr 2021 00:51 (UTC +04:00)

Bakı. Trend:

Meksikanın şimalında yerləşən Sonora ştatında Sonoita - San-Luis-Rio-Kolorado şosesində avtobus yük maşını ilə toqquşub.

Trend-in məlumatına görə, 16 nəfər hadisənin qurbanı olub, 22 nəfər yaralanıb.

"Hazırda 22 nəfərin xəsarət aldığı məlumdur, 16 nəfər həlak olub, 6 yaralının vəziyyəti ağırdır", - regionun prokurorluğu "Twitter" hesabında bildirib.

Faciənin mümkün səbəbləri barədə açıqlama verilməyib. Qəzanın səbəbləri müvafiq orqanlar tərəfindən araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti