...

Bərdədə ər parkda arvadını öldürüb

Hadisə Materials 6 Sentyabr 2021 16:13 (UTC +04:00)
Bərdədə ər parkda arvadını öldürüb

Bərdə. Aslan Məmmədli -Trend:

Bərdə rayonunda ər arvadını öldürüb.

Trend-in yerli bürosunun məlumatına görə, hadisə bu gün rayonun mərkəzində yerləşən parklardan birində baş verib.

Rayonun Muğanlı kənd sakini, 33 yaşlı Tural Mustafayev həyat yoldaşı Təranə Mustafayevanı ürəyindən və boynundan bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti