Bakı. Trend:
Xəzər dənizində zəlzələ olub.
Trend Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 18:12-də Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 62 km dərinlikdə yerləşib.