Bakı. Samir Əli - Trend:
Bakı sakinini balta ilə qətlə yetirən əcnəbinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Trend-in məlumatına görə, qətldə təqsirləndirilən əcnəbi Munasinqxe Samit Civanın barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Səyavuş Hacıyevin icratına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə müəyyən ediləcək.
Xatırladaq ki, hadisə bu il mayın 25-də Bakı şəhərində qeydə alınıb.
Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Cavadov Hüseyn Emin oğlu tanışı Munasinqxe Samit Civan tərəfindən başından balta ilə vurularaq ağır xəsarətlər alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
H.Cavabdov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Munasinqxe Samit Civan şübhəli şəxs qismində saxlanılıb.