...

Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib (FOTO)

Hadisə Materials 1 Noyabr 2021 15:57 (UTC +04:00)
Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib (FOTO)

Bakı. Trend:

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı fərdi evlərdə keçirilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Mıxlıqovaq kəndi və Nic qəsəbəsində yerləşən fərdi evlərin həyətyanı sahələrində təşkil edilən toy məclislərində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Roman Eyyubov və Nəvai Əliyev inzibati məsuliyyətə cəlb olunaraq hər biri 400 manat məbləğində cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti