...

İmişlidə 11 yaşlı qızı zorlayan şəxs həbs edilib

Hadisə Materials 2 Noyabr 2021 11:08 (UTC +04:00)
İmişlidə 11 yaşlı qızı zorlayan şəxs həbs edilib

Bakı. Samir Əli - Trend:

İmişlidə 11 yaşlı qızı zorlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı il 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti