...

Bərdədə həyat yoldaşını boğub öldürən şəxsin məhkəməsi başlayır

Hadisə Materials 4 Noyabr 2021 17:48 (UTC +04:00)
Bərdədə həyat yoldaşını boğub öldürən şəxsin məhkəməsi başlayır

Bakı. Samir Əli - Trend:

Bərdə rayonunda həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Aqil Mustafayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Trend-in məlumatına görə, cinayət işinin materilalları baxılmaq üçün Gəncə Ağır Cinayətlə Məhkəməsinə göndərilib.

Prosesə hakim Elmin Rüstəmovun sədrliyi ilə baxılacaq.

İş üzrə məhkəmənin hazırlıq iclası noyabırn 16-na təyin edilib.

İttihama görə, hadisə iyulun 25-i saat 05 radələrində Bərdə rayonu ərazisində baş verib. Rayon sakini Nərgiz Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Aqil Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nərgiz Mustafayevanı əlləri ilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aqil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti