...

Argentinada güclü zəlzələ olub

Hadisə Materials 18 Noyabr 2021 03:25 (UTC +04:00)
Argentinada güclü zəlzələ olub

Bakı. Trend:

Argentianın Santyaqo-del-Estero vilayətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri eyniadlı şəhərdən 187 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 561 kilometr dərinlikdə yerləşib.

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti