...

Qusarda əl qumbarası və xeyli sayda sursat aşkarlanıb (FOTO)

Hadisə Materials 24 Noyabr 2021 11:17 (UTC +04:00)
Qusarda əl qumbarası və xeyli sayda sursat aşkarlanıb (FOTO)

Bakı. Trend:

Qusar rayonu ərazisindən kolluq sahədən xeyli sayda sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə rayonun Qayakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gedən polis əməkdaşkarı kəndin kənarındakı kolluq ərazidən 1 ədəd alışdırıcısız F-1 əl qumbarası, 1 ədəd qını ilə birlikdə süngü bıçaq və 714 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.

Faktla bağlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti