...

Qubada əl qumbaraları tapılıb

Hadisə Materials 3 Dekabr 2021 16:11 (UTC +04:00)
Qubada əl qumbaraları tapılıb

Bakı. Samir Əli - Trend:

Quba rayonu ərazisində 3 ədəd F-1 əl qumbaraları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə Quba-Xınalıq yolunun Qırız Dəhnə kəndi ərazisindən keçən hissəsində 3 ədəd F-1 əl qumbaralarının olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gedən polis əməkdaşkarı əl qumbaralarını aşkar edərək götürüblər.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti