...

Ağcabədidə kişi həyat yoldaşı və qayınatasını bıçaqlayıb

Hadisə Materials 9 Dekabr 2021 14:45 (UTC +04:00)
Ağcabədidə kişi həyat yoldaşı və qayınatasını bıçaqlayıb

Ağcabədi. Trend:

Ağcabədidə kişi həyat yoldaşı və qaynatasını bıçaqlayıb.

Trend-in yerli bürosunun məlumatına görə, hadisə rayonun Ümid qəsəbəsində baş verib. Qəsəbədə məskunlaşan Cəfərov İlhamiz Araz oğlu həyat yoldaşı Cəfərova Aynurə Azim qızına və onun atası Hüsiyev Azim Kamal oğluna bıçaqla xəsarət yetirib.

Yaralılar A.Cəfərova və A.Hüsiyev Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisəni törədən İ.Cəfərov hüquq mühafizə əməkdaşlarına təslim olub.

İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aprılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti