Bakı. Trend:
Türkiyənin İzmir vilayətinin Kınık rayonunda kömür mədəninin çökməsi nəticəsində xəsarət alanların sayı 45-ə çatıb.
Trend xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Koca öz rəsmi "Twitter" hesabında yazıb.
"İzmirin Kınık rayonunda mədəndə çökmə nəticəsində yaralanan 18 nəfər Kınık, 6 nəfər Berqama, 21 nəfər isə Soma Dövlət Xəstəxanasına yerləşdirilib. Yaralıların sayı 45-ə çatıb. Hadisə yerinə 14 təcili yardım, 2 UMKE (Milli Tibbi Xilasetmə Qrupu) və ümumilikdə 48 tibb işçisi cəlb olunub", - deyə nazir bildirib.
00:43
Türkiyənin İzmir vilayətinin Kınık rayonunda kömür mədəni çöküb.
Trend yerli KİV-lərə istinadən xəbər verir ki, nəticədə 8 nəfər xəsarət alıb.
İzmir vilayətinin Valisi Yavuz Selim Köşger öz tviter hesabında bildirib ki, yaralıların vəziyyəti normaldır, onların xəsarətləri yüngüldür, hadisə nəticəsində ölən, həmçinin ağır yaralı yoxdur.