...

Göyçayda qayınatasının həyətində atəş açan şəxs saxlanılıb

Hadisə 18 Yanvar 2022 10:55 (UTC +04:00)
Göyçayda qayınatasının həyətində atəş açan şəxs saxlanılıb

Bakı. Samir Əli - Trend:

Göyçayda qayınatasının həyətində atəş açan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə yanvarın 17-də Çaxırlı kəndindəki evlərin birinin həyətində ev sahibinin kürəkəninin xuliqanlıq zəminində tüfəngdən havaya 2 dəfə atəş açması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. M.Şıxalıyev saxlanılıb, ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti