...

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb, 1 nəfər saxlanılıb (FOTO)

Hadisə 24 Yanvar 2022 13:21 (UTC +04:00)
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb, 1 nəfər saxlanılıb (FOTO)

Bakı. Trend:

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafi­zəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış fəaliyyətləri davam etdirilir.

DSX-dən Trend-ə verilən məlumata görə, yanvar ayının 22-də saat 19:45 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Şıxalıağalı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd nar­yadı tərəfindən müşahidə olunmuşdur.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapa­dılmışdır. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucu­larından biri havanın qaranlıq, ərazinin meşəlik və sıx kolluq olma­sından istifadə edərək geri qaçmış, digər qaçaqmalçı isə hadisə yerində saxlanıl­mışdır. Saxlanılan şəxsin İran İslam Respublikasının vətəndaşı 1985-ci il təvəllüdlü Əsədli Əli Xudaverdi olması müəyyənləşdirilmiş, əraziyə baxış zamanı 2 ədəd bağlamanın içində təxmini çəkisi 29 kiloqram 925 qram nar­ko­tik vasitə və psixotrop həblərə bənzər (16200 qram “marixuana”, 7444 qram “heroin”, 3545 qram “metamfetamin”, 440 qram “tiryək” və 1680 ədəd “metadon-40” həbi) maddələr aşkar olunaraq götürülmüşdür.

Qeyd olunan fakt üzrə əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti