...

Ağacların dibi asfaltdan təmizlənib (FOTO)

Hadisə Materials 28 Yanvar 2022 14:46 (UTC +04:00)
Ağacların dibi asfaltdan təmizlənib (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Bakı şəhəri, Əhmədbəy Ağaoğlu küçəsində ağacların dibinin asfaltlanması ilə bağlı daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov Trend-ə bildirib ki, Xidmətin əməkdaşlarının nəzarəti altında ağacların dibi Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən asfaltdan təmizlənib və onlara aqrotexniki xidmət göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti