...

Xarkovda yaralanan azərbaycanlı sürücülərdən biri vəfat edib

Hadisə Materials 4 Mart 2022 18:26 (UTC +04:00)
Xarkovda yaralanan azərbaycanlı sürücülərdən biri vəfat edib

Bakı. Trend:

Təəssüflə qeyd etmək istəyirik ki, Xarkov şəhərində yaralanan azərbaycanlı sürücülərdən biri Tahirov Samir Sürəddin oğlu bu gün vəfat edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) məlumat yayıb.

"Dünyasını dəyişən sürücünün nəşinin ölkəyə gətirilməsi istiqamətində aidiyyəti orqanlar tərəfindən tədbirlərə başlanılıb. Digər yaralı Bayramov Yusif Asif oğlunun səhhəti isə normaldır", - məlumatda deyilir.

Xatırladaq ki, fevralın 27-də Xarkov şəhərində baş verən atışma zamanı üç azərbaycanlı sürücü xəsarət almışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti