Bakı. Trend:
Kolumbiyanın şimalında avtobusun dərəyə aşması nəticəsində azı 6 azyaşlı həlak olub.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Santander departamentinin qubernatoru Maurisio Hurtado məlumat verib.
"Təəssüf ki, Laguna de Ortises - San Andrés yolunda məktəbli avtobusunun qəzaya uğramasını və nəticədə altı azyaşlının həlak olduğunu təsdiq etməliyəm. Böyüklər və uşaqlar da daxil olmaqla daha 15 nəfər yaralanıb", - qubernator "Twitter" səhifəsində bildirib.
Hadisənin başvermə səbəbləri araşdırılır.