...

Saxlanılan şəxs polis şöbəsində intihar etdi

Hadisə Materials 11 Aprel 2022 17:57 (UTC +04:00)
Saxlanılan şəxs polis şöbəsində intihar etdi

Trend-i buradan izləyin

Bakı. Trend:

Yevlax rayon polis şöbəsində intihar hadisəsi olub.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, aprelin 9-u saat 15 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində tutularaq Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində saxlanılan 1967-ci il təvəllüdlü İlham Əsgərovun saxlanma kamerasında intihar etməsi barədə Yevlax rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti