...

Tovuzdan Gəncəyə toya gələn qonaq qayıdarkən avtomobil qaçırdı (FOTO/VİDEO)

Hadisə Materials 19 Aprel 2022 11:27 (UTC +04:00)
Tovuzdan Gəncəyə toya gələn qonaq qayıdarkən avtomobil qaçırdı (FOTO/VİDEO)

Bakı. Trend:

Gəncədə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin və Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus “VAZ” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini Fikrət Aydınov saxlanılıb.

Araşdırmalar zamanı şübhəli şəxsin qonaq gəldiyi toyda spirtli içki qəbul etdiyi daha sonra Tovuz rayonuna qayıdarkən avtomobil qaçırdığı məlum olub. F.Aydınov Şəmkir rayonunda saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti