...

Türkiyədə mikroavtobus və yük maşını toqquşub, ölən və yaralılar var

Hadisə Materials 11 İyun 2022 18:57 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Balıkəsir vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend yerli KİV-lərə istinadla xəbər verir ki, Dursunbəy-Kepsüt yolunun 35-ci kilometrində mikroavtobusla yük avtomobili toqquşub.

Qəza nəticəsində azı səkkiz nəfər ölüb, on nəfər yaralanıb.

Məlumata görə, altı nəfər hadisə yerində, daha iki nəfər xəstəxanada dünyasını dəyişib. Digər yaralıların xəstəxanada müalicəsi davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti