Bakı. Trend:
Bakı şəhərinin Nərimanov rayonunda “Volkswagen” markalı minik avtomobilinin yanar hissələri, yaxınlıqda ümumi sahəsi 200 m² olan üçmərtəbəli obyektin (fəaliyyət göstərmir) alkopandan ibarət üzlüyü 4 m² sahədə yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, yüksək temperaturdan obyektin 2 ədəd qapısı qarsalanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.