...

Oğuzda 4 tona yaxın narkotik tərkibli bitki məhv edilib (FOTO/VİDEO)

Hadisə Materials 28 İyun 2022 09:54 (UTC +04:00)

Bakı. Trend:

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbir nəticəsində Bayan kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, ümumi çəkisi 4 tona yaxın olan 3100 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti