...

Bərdədə avtomobildə narkotik daşıyan dəstə yaxalandı

Hadisə Materials 28 İyun 2022 12:15 (UTC +04:00)
Bərdədə avtomobildə narkotik daşıyan dəstə yaxalandı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bərdədə avtomobildə narkotik daşıyan dəstə yaxalanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Aqşin Mollaəyyublu və Əlişan Mirzəyev saxlanılıblar.

A.Mollaəyyublunun sərnişin kimi əyləşdiyi avtomobildən ona məxsus 1 kiloqrama yaxın narkotik vasitə marixuana, Ə.Mirzəyevin evindən isə çətənə bitkisi və külli miqdarda heroin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti