...

Bakıda evdə yanğın olub

Hadisə Materials 3 İyul 2022 00:31 (UTC +04:00)
Bakıda evdə yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Qaradağ rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti