...

Xaçmazda meşə massivində güclü yanğın başlayıb (FOTO)

Hadisə Materials 11 İyul 2022 15:53 (UTC +04:00)
Xaçmazda meşə massivində güclü yanğın başlayıb (FOTO)

Bakı. Trend:

Xaçmazda meşə massivində yanğın başlayıb.

Trend xəbər verir ki, yanğın Xaçmaz-Xudat yolunun kənarındakı ərazidə qeydə alınıb. Əraziyə Dövlət Yanğından Mühafizə Bölməsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hazırda Gəndob-Yalama yolunun yanğın baş verən hissəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti