...

Ucarda yabanı çətənə bitkiləri yandırılıb

Hadisə Materials 29 İyul 2022 09:26 (UTC +04:00)
Ucarda yabanı çətənə bitkiləri yandırılıb

Bakı. Trend:

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Məlikballı kəndi ərazisində ümumi çəkisi 615 kiloqram olan 386 ədəd yabanı halda bitmiş çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Ucar RPŞ-də tərəfindən araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti