...

Şəmkirdə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb (FOTO/VİDEO)

Hadisə Materials 15 Avqust 2022 11:33 (UTC +04:00)
Şəmkirdə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi (SİTGDMNDA) sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Trend-ə bildirilib ki, Agentliyin müfəttişləri tərəfindən Şəmkir rayonunun “Ağ dağlar” deyilən ərazisində yol kənarında yerləşən fərdi sahibkar Əliyev Yalçın Nəriman oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı maye və qazdoldurma məntəqəsində insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, məntəqədə istismar olunan tutumların müddətinin bitiməsi, tam texniki müayinələrin aparılmadığı, nəzarət ölçü cihazların və qoruyucu qurğuların yoxlanılmadığı müəyyənləşdirilib. Nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığnı nəzərə alınaraq maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.

Qeyd olunanlarla əlaqədar Agentliyin müfəttişləri tərəfindən maye qazdoldurma məntəqəsinin rəhbərliyi və işçiləri ilə profilaktik söhbət aparılıb, aşkarlanmış texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.

Tərtib olunmuş Akt pozuntuların aradan qaldırılması üçün sahibkara təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti