Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
xxx
21:44
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə,məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Əlavə məlumat veriləcək.
xxx
21:38
Bakıda binada yanğın başlayıb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.
İlkin məlumata görə, yanğın inzibati binada başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib