...

Mikroavtobusun aşması nəticəsində 17 nəfər xəstəxanaya yerləşdirilib - TƏBİB

Hadisə Materials 22 Sentyabr 2022 20:37 (UTC +04:00)
Mikroavtobusun aşması nəticəsində 17 nəfər xəstəxanaya yerləşdirilib - TƏBİB
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Baş vermiş qəzada xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, onlardan 1 nəfər ölüb, 2 nəfər Kliniki Tibbi Mərkəzə göndərilib.

Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir.

Xatırladaq ki, Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Bakı-Quba yolunun 140-cı kilometrliyində, Şabran rayonundan keçən hissədə qeydə alınıb.

10 0F 572 nömrəli "Mercedes" markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan 77 BC 230 dövlət qeydiyyat nişanlı "Chevrolete" markalı avtomobili ötmək istəyərkən toqquşub.
Hadisə nəticəsində mikroavtobus sürücüsü idarəetməni itirərək maşını aşırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti