...

Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var

Hadisə Materials 27 Sentyabr 2022 08:57 (UTC +04:00)
Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var

Bakı. Trend:

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 1 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner qismən əriyib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti