Bakı. Trend:
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ümumi sahəsi 154 m² olan kürsülü, birmərtəbəli evin tavanı 50 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.