...

Bakıda mənzilə basqın edildi, külli miqdarda xarici valyuta oğurlandı

Hadisə Materials 29 Noyabr 2022 12:11 (UTC +04:00)
Bakıda mənzilə basqın edildi, külli miqdarda xarici valyuta oğurlandı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bak. Trend:

Bakıda mənzildən külli miqdarda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mənzillərin birindən 19.000 avro, 4950 funt sterling və 4800 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Silayət Əhmədov və Biləsuvar rayon sakini Amid Abışov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti