...

İmişli sakini qətlə yetirilib

Hadisə Materials 2 Dekabr 2022 20:53 (UTC +04:00)
İmişli sakini qətlə yetirilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 2-də saat 19 radələrində İmişli rayonunda rayon sakini 1994-cü il təvəllüdlü İlkin Hüseynovun bıçaq xəsarətlərindən ölməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, aparılan araşdırmalarla 2000-ci il təvəllüdlü, rayon sakini Xəyal Surxayevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İ.Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi tədbirlərlə X.Surxayev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti