...

Gəncə sakinində silah-sursat aşkarlanıb (FOTO)

Hadisə Materials 3 Dekabr 2022 13:10 (UTC +04:00)

Bakı. Trend:

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinay Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini İlqar Bağırzadə saxlanılaraq ŞBPİ-nə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evə baxış keçirilib və oradan 1 ədəd “F1” əl qumbarası, 5 ədəd qumbara partladıcı fitil, 5 ədəd tapanca gülləsinin gilizləri aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti